Cavid Qurbanov: “BTQ-nin ilk sınağı uğurla başa çatdı”

Cavid Qurbanov: “BTQ-nin ilk sınağı uğurla başa çatdı” "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri: “BTQ-nin ilk sınağı uğurla başa çadıbBTQ sivilizasiyaların inkisafinda mühüm rol oynayacaq”
İnfrastruktur
156
28 Sentyabr , 2017 14:33
Cavid Qurbanov: “BTQ-nin ilk sınağı uğurla başa çatdı”
Report

Tbilisi, 28 sentyabr. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi çox geniş əraziləri, böyük mədəniyyətləri birləşdirəcək. Bu yolun tikintisinin başa çatdırılması çox böyük uğurdu”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, inşaası yekunlaşan BTQ-nin ilk sınağı uğurla başa çatdı: "Bu qatarla biz Tbilisidən Qarsa gəldik. Bu böyük tarixi hadisədir. Yaxın günlərdə dövlətlərimizin başçılarının iştirakı ilə BTQ- nin rəsmi açılışı olacaq”.

C.Qurbanov bildirib ki, dünyanın ən böyük layihələrindən biri olan BTQ dəmir yolu layihəsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülüb: "Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycanın verdiyi sərfəli kredit hesabına və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib. Bu layihə təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, dünya dövlətləri üçün böyük əhəmiyyətə malikdir.

Qədim İpək yolunun tərkib hissəsi olan BTQ Çindən Londonadək olan böyük əraziləri əhatə edir. BTQ sivilizasiyaların inkisafinda mühüm rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi