CANSO: Yaxın 20 ildə aviasiyanın qlobal emissiyalarda payı 22 %-ə çata bilər
- 12 iyun, 2024
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün aviasiya sektoru qlobal emissiyalarda təxminən 2 % paya malikdir və tədbirlər görülməsə yaxın 20 il ərzində bu nisbət 22 % olacaq.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatının (CANSO) baş direktoru Saymon Hokkard Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində bildirib.
"Aviasiya sənayesi uzun müddətdir ki, iqtisadi artımı dəstəkləyən, mədəni mübadiləni təşviq edən və dünyanı bir-birinə yaxınlaşdıran qlobal əlaqənin mühüm tərkib hissəsidir. Bununla belə, bu irəliləyiş həm də ekoloji xərclərə səbəb olub. Bunu nəzərə alaraq, aviasiya sənayesi 2050-ci ilə qədər xalis sıfır karbon emissiyası kimi hədəf qoyub. Həmçinin daha səmərəli uçuş marşrutlarının həyata keçirilməsi karbon emissiyalarının azaldılmasına töhfə verə bilər. Bu sahədə Hindistanı nümunə kimi göstərmək olar. Bu ölkədə son vaxtlara qədər hava məkanının 40 %-i hərbi əməliyyatlar üçün ayrılmışdı. Mülki və hərbi istifadəçilər arasında aparılan danışıqlar sayəsində bu istiqamətdə mühüm addımlar atılıb ki, bu da zamana 15 dəqiqə qənaət etməyə, yanacaq sərfiyyatını və karbon emissiyalarını azaltmağa imkan verir", - deyə o qeyd edib.