CADMATİC şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutuna CADMATİC proqramından uğurlu istifadəyə görə sertifikat verib.
"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.
İstənilən mürəkkəbliyə malik gəmilərin layihələndirilməsi və tikintisi üçün ixtisaslaşmış vasitə sayılan CADMATİC proqram təminatından ASCO-nun Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda artıq 4 ildir ki, istifadə olunur.
Proqram təminatı İnstitutun işinin keyfiyyətini artırır, gəminin tikilməsi üçün tələb olunan texniki sənədləri sürətli hazırlamağa imkan verir. Bundan başqa, CADMATİC proqram təminatı digər dizayn sistemləri ilə müqayisədə daha sürətli və dəqiqdir.
Hazırda bu proqram təminatından dünyanın 59 ölkəsində 1 000-dən çox şirkət istifadə edir.