Macarıstandan daha 48 nəfər Azərbaycana təxliyə edildi

Macarıstandan daha 48 nəfər Azərbaycana təxliyə edildi İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.
İnfrastruktur
677
18 İyul , 2020 10:01
Macarıstandan daha 48 nəfər Azərbaycana təxliyə edildi

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya
birbaşa çarter reysi yerinə yetirib.

Bu barədə "Report"a AZAL-dan bildirilib. 

Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test
verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun
olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində
qalmalıdır.

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi