Bakının Ceyhun Səlimov küçəsində hərəkət məhdudlaşdırılır

Bakının Ceyhun Səlimov küçəsində hərəkət məhdudlaşdırılır Bu gün saat 20:00-dan 22 sentyabr saat 08:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yold
İnfrastruktur
158
21 Sentyabr , 2021 15:09
Bakının Ceyhun Səlimov küçəsində hərəkət məhdudlaşdırılır

Bu gün saat 20:00-dan 22 sentyabr saat 08:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi