Azərbaycanın 5 şəhər və rayonunda binaların dam örtüyünün təmirinə 21,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Azərbaycanın 5 şəhər və rayonunda binaların dam örtüyünün təmirinə 21,7 milyon manat ayrılıb - SƏRƏNCAM Bakı. 4 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 4-də Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
4995
4 Fevral , 2019 18:14
Azərbaycanın 5 şəhər və rayonunda binaların dam örtüyünün təmirinə 21,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Bakı. 4 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 4-də "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 milyon 685 min 830 manatı Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə ayrılıb.

Gəncədə 50, Sumqayıtda 263, Şəkidə 28, Şirvanda 30, Qazaxda isə 8 ədəd 3-5 mərtəbəli çoxmənzilli binanın dam örtükləri təmir olunacaq.

Son xəbərlər

Orphus sistemi