Bu il Bakıda 23 mlrd. manatlıq sənaye məhsulları istehsal olunub

Bu il Bakıda 23 mlrd. manatlıq sənaye məhsulları istehsal olunub Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,2 mlrd. manat təşkil edib.
İnfrastruktur
28 Avqust , 2019 17:51
Bu il Bakıda 23 mlrd. manatlıq sənaye məhsulları istehsal olunub

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,2 mlrd. manat təşkil edib.

“Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 80,9%-i mədənçıxarma, 17,1%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,9% olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-nə 233,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi