Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) bu ilin II rübü üzrə “Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitinin Mühafizəsi haqqında" hesabat açıqlanıb.
İnfrastruktur
29 Oktyabr , 2020 10:49
Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) bu ilin II rübü üzrə “Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitinin Mühafizəsi haqqında" hesabat açıqlanıb.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Məlumata görə, hesabatda rüb ərzində ASCO-da qeydə alınmış və yan keçmiş hadisələrin, daxili audit və monitorinqlərin, idarələr üzrə təkrarlanan nöqsanların sayı və statusu barədə məlumat verilib. Həmçinin, burada donanmalar və idarələrdə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi üzrə göstəricilərin statistikası da öz əksini tapıb.

Qeyd olunub ki, rüb ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatlarının miqdarı 2 978 470 saat təşkil edib.

Təhlükəsizlik hesabatında koronvirusla əlaqədar tətbiq olunan karanatin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub.

Hesabatda II rüb ərzində dünya gəmiçiliyində baş verən qəzalar və onların kökdə duran səbəbləri, həmçinin rüb ərzində görülən işlər və qarşıdakı hədəflər barədə geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi