Bu ilin I yarısında BTQ ilə daşınmış yükün həcmi açıqlanıb

Bu ilin I yarısında BTQ ilə daşınmış yükün həcmi açıqlanıb Bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan hissəsi ilə 1 milyon ton yük daşınıb.
İnfrastruktur
6 Sentyabr , 2019 17:38
Bu ilin I yarısında BTQ ilə daşınmış yükün həcmi açıqlanıb

Bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan hissəsi ilə 1 milyon ton yük daşınıb.

Bu barədə “Report”a açıqlamasında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın milli katibi Akif Mustafayev məlumat verib. 

O həmçinin deyib ki, ümumilikdə, hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 milyon ton tranzit yük daşınıb. Bunun da 25%-i BTQ-nin payına düşüb.

"Azərbaycan yarım il ərzində bu daşımalardan 150 milyon manat gəlir əldə edib", - deyə A.Mustafayev əlavə edib. 

Orphus sistemi