Bu ilin I yarısında Azərbaycanda 123 dövlət əmlakı özəlləşdirilib

Bu ilin I yarısında Azərbaycanda 123 dövlət əmlakı özəlləşdirilib Ölkəmizdə özəlləşdirilmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, onlayn xidmətlərin təşkili, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması investorların cəlb edilməsinə geniş imkanlar yaradır.
İnfrastruktur
16 İyul , 2021 14:44
Bu ilin I yarısında Azərbaycanda 123 dövlət əmlakı özəlləşdirilib
Report.az

Azərbaycanda özəlləşdirilmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, onlayn xidmətlərin təşkili, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması investorların cəlb edilməsinə geniş imkanlar yaradır.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin I yarısında dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirib.

Hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, 1-i yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir.

İnnovasiyaların tətbiqi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, I yarımildə hərraca çıxarılmış dövlət əmlakı üzrə 38 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 15 onlayn qoşulma baş tutub.

2021-ci ilin ilk 6 ayı ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi