Bu il Türkiyənin hava limanlarından 30 milyona yaxın sərnişin daşınıb

Bu il Türkiyənin hava limanlarından 30 milyona yaxın sərnişin daşınıb Bu ilin ilk üç ayında Türkiyənin hava limanlarından 29 milyon 633 minə yaxın sərnişin daşınıb. Bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,6 % artıb.
İnfrastruktur
9 Aprel , 2022 17:37
Bu il Türkiyənin hava limanlarından 30 milyona yaxın sərnişin daşınıb

Bu ilin ilk üç ayında Türkiyənin hava limanlarından 29 milyon 633 minə yaxın sərnişin daşınıb. Bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,6 % artıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlu deyib.

Onun sözlərinə görə, hesabat dövründə Türkiyə hava limanlarında daxili sərnişin dövriyyəsi 15 milyon 953 min, beynəlxalq sərnişin dövriyyəsi isə 13 milyon 612 min olub: "İlin ilk 3 ayında havaya qalxan və enən təyyarələrin sayı daxili uçuşlarda 155 min 913, beynəlxalq uçuşlarda isə 105 min 372-yə çatıb. Əvvəlki ilin göstəriciləri ilə müqayisədə uçuşlar 44,1 % artıb".

Son xəbərlər

Orphus sistemi