Bu il Bakıda inşaat işlərinin 92,5 %-ini özəl tikinti müəssisələri yerinə yetiriblər

İnfrastruktur
  • 17 may, 2023
  • 09:41
Bu il Bakıda inşaat işlərinin 92,5 %-ini özəl tikinti müəssisələri yerinə yetiriblər

Bu ilin yanvar-mart aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş ümumi inşaat işlərinin 92,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin ilk rübündə paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 83,4 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,7 %-ini əsaslı təmir, 6,7 %-ini cari təmir, 4,2 %-ini isə sair tikinti işləri təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 523,1 milyon manat və ya 2022-ci iilin müvafiq dövrü ilə müqayisədə 40,3 % çox vəsait yönəldilib.