Bu il Bakı Limanında yükaşırmanın rekord həddə çatacağı proqnozlaşdırılır

Bu il Bakı Limanında yükaşırmanın rekord həddə çatacağı proqnozlaşdırılır Bu ilin yanvar-noyabr aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 6 milyon 735 min tondan çox yük aşırılıb.
İnfrastruktur
29 Dekabr , 2023 17:37
Bu il Bakı Limanında yükaşırmanın rekord həddə çatacağı proqnozlaşdırılır

Bu ilin yanvar-noyabr aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 6 milyon 735 min tondan çox yük aşırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 %-dən çox artım deməkdir.

"2023-cü il üzrə aşırılan yükün ümumi həcmi rekord həddə, 7 milyon tondan çox olacağı gözlənilir. Bu il ərzində Bakı Limanında, xüsusi ilə təkərli texnika, neft və neft məhsullarının aşırılmasında artım qeydə alınıb", - QSC-dən əlavə edilib.

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.

2022-ci ildə Bakı Limanından 6,3 milyon ton, 2023-cü ilin 10 ayında isə 6,1 milyon tondan çox yük aşırılıb.

Son xəbərlər

Orphus sistemi