Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 18 %-dən çox artırıb
- 21 iyul, 2022
- 05:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 702 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 109 mənzil və ya 18,4 % çoxdur.
Təkcə iyun ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 131 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 33 mənzil və ya 20,1 % azdır.
Bu ilin yarım ili ərzində Türkiyədə xarici vətəndaşlara 35 755, ötən ay isə 8 707 mənzil satılıb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 72,3 % və 80,4 % çoxdur.
İyunda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 887, yanvar-iyun aylarında isə 5 849 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 987, yanvar-iyun aylarında isə 4 884 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyunda 807, ilk 6 ay ərzində isə 4 025 mənzilə sahib olub.