Bu gündən COP29 iştirakçıları üçün metrodan, noyabrın 9-dan isə avtobusdan istifadə pulsuzdur - YENİLƏNİB

Bu gündən COP29 iştirakçıları üçün metrodan, noyabrın 9-dan isə avtobusdan istifadə pulsuzdur - YENİLƏNİB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Report"a verilən məlumata görə, noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan istifadə pulsuzdur.
İnfrastruktur
6 Noyabr , 2024 18:44
Bu gündən COP29 iştirakçıları üçün metrodan, noyabrın 9-dan isə avtobusdan istifadə pulsuzdur - YENİLƏNİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Report"a verilən məlumata görə, noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan istifadə pulsuzdur.

"Bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər", - AYNA-dan bildirilib.

16:59

Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.

"Report"un əldə etdiyi məlumata görə, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.

COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Son xəbərlər

Orphus sistemi