Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
"Azərsu" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, suyun verilməsində fasilə yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar tətbiq ediləcək.