Bu gün Bakının Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq buna səbəb magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır
İnfrastruktur
24 Oktyabr , 2017 10:51
Bu gün Bakının Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakının Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və Fərman Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, buna səbəb rayonun F.Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi