Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Bakının Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətləri rənglənəcək.
Bu barədə "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.
"Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri axşam saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edilir", - deyə məlumatda qeyd edilib.