​Bu gecə “Oyunlar zolağı” Moskva prospektində yenidən rənglənəcək

​Bu gecə “Oyunlar zolağı” Moskva prospektində yenidən rənglənəcək Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir
İnfrastruktur
6 İyun , 2015 22:08
​Bu gecə “Oyunlar zolağı” Moskva prospektində yenidən rənglənəcək

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, daha dəqiqi “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyə kimi və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

"Report"un "Azəryolservis"ə istinadən verdiyi xəbərə görə, rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi