Bakıda daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Bakıda daha bir marşrutda gediş haqqı kartla ödəniləcək Bu ilin fevralın 5-dən etibarən 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.
İnfrastruktur
31 Yanvar , 2020 09:57
Bakıda daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Bu ilin fevralın 5-dən etibarən 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

“Report”un Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən verdiyi məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Son xəbərlər

Orphus sistemi