BTQ-nin Gürcüstan hissəsi tam elektrikləşdirilib

BTQ-nin Gürcüstan hissəsi tam elektrikləşdirilib Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində elektrikləşdirilmə işləri yekunlaşdırılıb
İnfrastruktur
626
28 İyun , 2021 13:11
BTQ-nin Gürcüstan hissəsi tam elektrikləşdirilib

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində elektrikləşdirilmə işləri yekunlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə layihənin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib.

Məlumata əsasən, elektrik enerjisi ilə təchizatda “Siemens”, “Secheron” və digər aparıcı şirkətlərin müasir avadanlıqlarından istifadə edilib və ümumilikdə 8 yarımstansiya quraşdırılıb.

Qeyd edək ki, BTQ üzrə tikinti işlərinin 82 %-i başa çatdırılıb.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi