Ötən il sentyabrın 1-dən etibarən bu günə qədər Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi ilə 1 698 yük vaqonu daşınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib.
Sənədə əsasən, Marabda-Kartsax dəmir yolu hissəsində daşınan yük vaqonlarının 711-i Azərbaycandan, 987-si isə Türkiyədən daxil olub.
Yüklərin ümumi həcmi 55 255 ton təşkil edib. Azərbaycandan nəql olunan yüklərin həcmi 23 775 ton, Türkiyədən Azərbaycana daşınan yüklərin həcmi isə 31 480 ton olub.