BTQ ilə daşınan konteynerlərin sayı 63% artıb

BTQ ilə daşınan konteynerlərin sayı 63% artıb Bu ilin yanvar-iyul aylarında Bakl-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 13 610 TEU konteyner təyinat stansiyalarına çatdırılıb.
İnfrastruktur
194
3 Avqust , 2021 12:14
BTQ ilə daşınan konteynerlərin sayı 63% artıb

Bu ilin yanvar-iyul aylarında Bakl-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 13 610 TEU konteyner təyinat stansiyalarına çatdırılıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsi - "ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63% çoxdur.

Artım ötən ay xüsusilə böyük olub. Belə ki, bu ilin iyul ayında konteynerlərin sayı ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artıb.

7 ay ərzində daşınmış konteynerlərin 92%-i tranzit yüklər olub.

BTQ ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.

Son xəbərlər

Orphus sistemi