Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında 21 fevral 2007-ci il tarixli sərəncamında dəyişiklik edib.
“Report” xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, dəmir yolu xəttinin Marabda - Axalkalaki hissəsinin bərpa və yenidən qurulması, Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyasına sədrlik “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrindən rəqəmsal inkişaf və nəqliyyat nazirinə keçib.
Bununla belə, ADY sədri Komissiyanın üzvü kimi fəaliyyət göstərəcək. Əvəzində Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Komissiyadan çıxarılıb.