Braziliya “uçan avtomobil” istehsalına 100 milyon dollar sərmayə qoyacaq

Braziliya “uçan avtomobil” istehsalına 100 milyon dollar sərmayə qoyacaq Braziliyanın Milli İqtisadi və Sosial İnkişaf Bankı elektriklə işləyən “uçan avtomobil” istehsal edəcək zavodun tikintisinə təxminən 100 milyon ABŞ dolları sərmayə qoyacağını açıqlayıb.
İnfrastruktur
16 Oktyabr , 2024 20:14
Braziliya “uçan avtomobil” istehsalına 100 milyon dollar sərmayə qoyacaq

Braziliyanın Milli İqtisadi və Sosial İnkişaf Bankı elektriklə işləyən “uçan avtomobil” istehsal edəcək zavodun tikintisinə təxminən 100 milyon ABŞ dolları sərmayə qoyacağını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, şaquli vəiyyətdə qalxan və enən nəqliyyat vasitəsinin (eVTOL) seriyalı istehsalına 2026-cı ildə başlanılmalıdır.

Braziliyanın aviatikinti şirkəti “Embraer” hələ 2018-ci ildə yeni kompakt təyyarənin konsepsiyasını təqdim edib, 2022-ci ildə onun törəmə şirkəti olan “Eve Air Mobility” yerli mülki aviasiya agentliyində eVTOL-un lisenziyalaşdırılması prosesinə başlayıb.

Braziliyanın “uçan avtomobili” helikopter, təyyarə və kvadrokopterin hibridinə bənzəyir.

Qeyd olunur ki, avtomobilin elan edilmiş dəyəri helikopterdən altı dəfə ucuz olacaq, səs-küy səviyyəsi isə helikopterdən 90% az olacaq. O da bildirilir ki, eVTOL tam elektriklə işləyən avtomobil olacaq.

Son xəbərlər

Orphus sistemi