Bölgələrdə kommunal xidmətlərlə təchizata dair xəritələrin hazırlanması təklif olunur

Bölgələrdə kommunal xidmətlərlə təchizata dair xəritələrin hazırlanması təklif olunur Azərbaycanın bölgələrində elektrik enerjisi, su, istilik və digər kommunal xidmətlərlə təchizata dair xəritələr hazırlanmalıdır.
İnfrastruktur
16 Dekabr , 2022 14:24
Bölgələrdə kommunal xidmətlərlə təchizata dair xəritələrin hazırlanması təklif olunur
Qənirə Paşayeva

Azərbaycanın bölgələrində elektrik enerjisi, su, istilik və digər kommunal xidmətlərlə təchizata dair xəritələr hazırlanmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Deputat Qənirə Paşayeva bildirib.

"Rayonlarda icra hakimiyyətləri torpaq sahəsi ayırır, tikintiyə icazə verir. İşlər başa çatandan sonra kommunal xidmətlərlə təchizat problemə çevrilir. Kommunal qurumlar insanlara deyirlər ki, 700 metr, 1 km məsafədən sizə işıq, su verə bilmərik. Bu məsələ əvvəlcədən həll olunmalıdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi