“Boeing 737 Max” təyyarələrində yenidən problem aşkarlanıb

“Boeing 737 Max” təyyarələrində yenidən problem aşkarlanıb ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bəyan edib ki, “Boeing 737 MAX” markalı sərnişin təyyarələrinin yanğınsöndürmə sistemi yoxlanmalıdır.
İnfrastruktur
6 Avqust , 2021 04:00
“Boeing 737 Max” təyyarələrində yenidən problem aşkarlanıb

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bəyan edib ki, “Boeing 737 MAX” markalı sərnişin təyyarələrinin yanğınsöndürmə sistemi yoxlanmalıdır.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Belə ki, təyyarələrin göyərtəsində hava axınını bir bölmədən digərinə istiqamətləndirən kondisioner sistemi nasaz ola bilər. Bunu nəzərə alan aviasiya tənzimləyicisi sərəncamında olan operatorlara yük bölmələrində yanan əşyaların daşınmasını qadağan edib.

Agentlikdən verilən məlumata görə, direktiv digər Boeing 737 modellərinin də yoxlanılmasını ehtiva edir. Bu, ABŞ-da qeydiyyata alınmış 663 təyyarəni və bütün dünyada təxminən 2 204 təyyarəni əhatə edir.

Son xəbərlər

Orphus sistemi