BNA: Paytaxtın mobilliyinin inkişaf strategiya layihəsi hazırlanıb

BNA: Paytaxtın mobilliyinin inkişaf strategiya layihəsi hazırlanıb Bunu 6-cı Qlobal Yol Təhlükəsizliyinə həsr olunmuş tədbirdə qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib
İnfrastruktur
127
17 May , 2021 11:36
BNA: Paytaxtın mobilliyinin inkişaf strategiya layihəsi hazırlanıb

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün digər dövlət qurumları ilə birgə işlər həyata keçirir. Bu işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir.

“Report” xəbər verir ki, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyinə həsr olunmuş tədbirdə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

"Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Son 5 ildə 236 prospekt və yolda dəyişikliklər təklif edilib, layihələr icra olunub. Bu, böyük bir rəqəmdir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiya layihəsi hazırlanıb”, - o deyib.

Son xəbərlər

Orphus sistemi