BNA: Paytaxtda zəbt edilmiş piyada səkiləri vətəndaşların ixtiyarına veriləcək

BNA: Paytaxtda zəbt edilmiş piyada səkiləri vətəndaşların ixtiyarına veriləcək Bakı. 21 avqust. REPORT.AZ/ Paytaxtın əksər küçələrində piyada səkiləri zəbt edildiyi üçün sərnişinlər avtobus dayanacağına daxil olmaq üçün yolun hərəkət hissəsinə çıxmağa məcbur olur.
İnfrastruktur
21 Avqust , 2018 11:53
BNA: Paytaxtda zəbt edilmiş piyada səkiləri vətəndaşların ixtiyarına veriləcək
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Paytaxtın əksər küçələrində piyada səkiləri zəbt edildiyi üçün sərnişinlər avtobus dayanacağına daxil olmaq üçün yolun hərəkət hissəsinə çıxmağa məcbur olur. 

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) infrastrukturun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bildirib. 

"Bu da vətəndaşların təhlükəsizliyi baxımından ciddi problemdir. Artıq BNA bu istiqamətdə işlərə başlanılıb. Məqsədimiz zəbt olunmuş səkilərin piyadaların ixtiyarına verilməsi, eləcə də səkilərin mövcud olmadığı yerlərdə yeni, standarta uyğun səkilər yaratmaqdır. Bunun üçün agentlik aidiyyətı dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi