BNA: Pandemiyadan sonra kartlaşma davam etdiriləcək

BNA: Pandemiyadan sonra kartlaşma davam etdiriləcək “Pandemiyadan əvvəlki dövrdə avtobuslarda kartlaşma prosesi sürətlənmişdi. Bu proses təkcə Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, Agentliyin tərəf müqabilləri olan xarici şirkətin nümayəndələri tərəfindən də həyata keçirilir. İndiki dövrdə uçuşlarda məhdudiyyət olduğu üçün onlar da öz ölkələrindədir. Buna baxmayaraq, proqram təminatındakı bəzi zəruri məsələlər videokonfrans vasitəsilə bizimlə onlar arasında danışılır, yəni işlərimiz davam etdirirlir. Bu pandemiya təkcə kart məsələsi deyil, bir çox məsələlərə təsirini göstərib. Pandemiyadan sonra biz hansı yerdən qalmışıqsa, o yerdən də işimizi davam etdirəcəyik”.
İnfrastruktur
9 May , 2020 12:07
BNA: Pandemiyadan sonra kartlaşma davam etdiriləcək

“Pandemiyadan əvvəlki dövrdə avtobuslarda kartlaşma prosesi sürətlənmişdi. Bu proses təkcə Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, Agentliyin tərəf müqabilləri olan xarici şirkətin nümayəndələri tərəfindən də həyata keçirilir. İndiki dövrdə uçuşlarda məhdudiyyət olduğu üçün onlar da öz ölkələrindədir. Buna baxmayaraq, proqram təminatındakı bəzi zəruri məsələlər videokonfrans vasitəsilə bizimlə onlar arasında danışılır, yəni işlərimiz davam etdirirlir. Bu pandemiya təkcə kart məsələsi deyil, bir çox məsələlərə təsirini göstərib. Pandemiyadan sonra biz hansı yerdən qalmışıqsa, o yerdən də işimizi davam etdirəcəyik”. 

“Report” xəbər verir ki, bunu "AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.

Agentlik rəsmisi əlavə edib ki, ümumilikdə Bakıda 2 100 avtobus fəaliyyət göstərir: “Onlardan 300 ədədi “Bakubus” MMC tərəfindən istismar olunur. Digər xətlər isə özəl daşıyıcılardadır və onların avtobuslarını biz müəyyən mərhələ ilə kart sisteminə inteqrasiya edirik. Ümumilikdə təxminən 30%-dən artıq avtobusda ödənişlər kart sistemi ilə edilir”.

Son xəbərlər

Orphus sistemi