BNA pandemiyadan qorunmaqla bağlı yeni təşviqedici materiallar hazırlayır

BNA pandemiyadan qorunmaqla bağlı yeni təşviqedici materiallar hazırlayır “Artıq 40 gündən çoxdur ki, Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları səhər saat 06:00-dan 10:30-a və axşam saat 16:30-dan 20:30-a qədər avtobus dayancaqlarında, Koroğlu Nəqliyat Mübadilə Mərkəzində xidmət aparırlar və xidmət zamanı sosial məsafənin gözlənilməsi, tibbi maska taxılmasının zəruriliyini əhalinin diqqətinə çatdırırlar”.
İnfrastruktur
7 May , 2020 12:55
BNA pandemiyadan qorunmaqla bağlı yeni təşviqedici materiallar hazırlayır

“Artıq 40 gündən çoxdur ki, Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları səhər saat 06:00-dan 10:30-a və axşam saat 16:30-dan 20:30-a qədər avtobus dayancaqlarında, Koroğlu Nəqliyat Mübadilə Mərkəzində xidmət aparırlar və xidmət zamanı sosial məsafənin gözlənilməsi, tibbi maska taxılmasının zəruriliyini əhalinin diqqətinə çatdırırlar”.

“Report” xəbər verir ki, bu sözləri “Real” TV-nin efirində Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Eyni zamanda, pandemiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlanıb. Həmin metodiki göstərişlərin ictimai nəqliyyatla bağlı hissəsinin icrası çərçivəsində əlavə təşviqedici materiallar hazırlanır. Materialları nəqliyyat mərkəzlərində, dayanacaqlarda yerləşdirəcəyik ki, tibbi maska taxılmasının, sosial məsafə gözlənilməsinin zəruriliyini sərnişinlərin diqqətinə çatdıraq. Bu metodiki göstərişlərdə xüsusi ilə də piyada gəzməyin əhəmiyyəti ilə bağlı təşviqedici materiallar yerləşdiriləcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi