BNA: Ötən il 428 sürücü daimi işlə təmin olunub

BNA: Ötən il 428 sürücü daimi işlə təmin olunub "Son 5 ildə 4 236 avtobus sürücüsünə təlim keçirilib. Onlardan 1 668-i işə qəbul üçün namizədlik verib, bunları təxminən 1 500-ü daimi işlə təmin olunub
İnfrastruktur
28 Aprel , 2021 11:49
BNA: Ötən il 428 sürücü daimi işlə təmin olunub

"Son 5 ildə Bakıda 4 236 avtobus sürücüsünə təlim keçirilib. Onlardan 1 668-i işə qəbul üçün namizədliyini verib, bunların isə təxminən 1 500-ü daimi işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

"O cümlədən 2020-ci ildə 612 sürücüyə təlim keçirilib, 429 nəfər daimi işlə təmin olunub. Hazırda yeni alınmış 115 avtobusda 300 sürücü üçün yeni iş yeri yaradılır ki, onların da aylıq əmək haqqı 220 min manat olacaq. Yeni alınacaq 320 avtobusda isə 860 sürücü işlə təmin ediləcək. Bu isə 600 min manatdan çox gəlir maaş deməkdir", - o deyib.

Son xəbərlər

Orphus sistemi