BNA-nın könüllüləri müsahibədə iştirak edib

BNA-nın könüllüləri müsahibədə iştirak edib Bakı Nəqliyyat Agentliyi tərəfindən bu vaxta qədər 2 könüllülük proqramı həyata keçirilib
İnfrastruktur
9 May , 2021 10:30
BNA-nın könüllüləri müsahibədə iştirak edib

Bakı Nəqliyyat Agentliyi tərəfindən bu vaxta qədər 2 könüllülük proqramı həyata keçirilib.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bildirilib ki, 268 nəfər könüllü müsahibədə iştirak edib, 120 könüllü proqrama seçilib, 71 könüllü məzun adını qazanıb. Məzun könüllülərin 18 %-i daimi işlə təmin edilib, 50 %-i müvəqqəti işlərə cəlb olunub. 5 nəfər isə “İlin Könüllüsü” nominasiyanı qazanıb. Məzunların 42 %-i əldə etdiyi təcrübəyə əsasən insanları məlumatlandırır və maarifləndirir.

Qeyd edək ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində aksiyalar vasitəsilə gündəlik 300 min vətəndaşa xidmət göstərilib.

Son xəbərlər

Orphus sistemi