Bakıda sərnişindaşımada mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaradılır

Bakıda sərnişindaşımada mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaradılır Bakı Nəqliyyat Agentliyində (BNA) mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin təşkili ilə bağlı kart sisteminə keçirilən müntəzəm marşrutların daşıyıcıları ilə görüş keçirilib.
İnfrastruktur
141
10 Avqust , 2021 17:01
Bakıda sərnişindaşımada mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaradılır

Bakı Nəqliyyat Agentliyində (BNA) mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin təşkili ilə bağlı kart sisteminə keçirilən müntəzəm marşrutların daşıyıcıları ilə görüş keçirilib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə proqram təminatının funksiyaları, nəzarət mexanizminin tətbiqinə dair müzakirələr aparılıb.

Bildirilib ki, sərnişindaşımada təhlükəsizliyin və rahatlığın təmin edilməsi məqsədilə mütəmadi olaraq marşrutlar nağdsız ödəniş sisteminə inteqrasiya edilir və proses davam etdirilməkdədir.

Son xəbərlər

Orphus sistemi