BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib

BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib Bakı Nəqliyyat Agentliyinin (BNA) “Nəqliyyat Könüllüləri” proqramının və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən Azərbaycan könüllüləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasi
İnfrastruktur
8 Mart , 2021 13:50
BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Nəqliyyat Könüllüləri” proqramının və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən Azərbaycan könüllüləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik aksiyası keçiriblər.

Bu barədə "Report"a BNA-dan məlumat verilib.

Martın 5-də keçirilən aksiya çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində, avtobuslarda və dayancaqlarda könüllülər xanımlara gül təqdim edib, həmçinin "Nizami ili" münasibətilə hazırlanan Nizami Gəncəvinin müdrik kəlamları yazılmış açıqcalar ilə xanımları təbrik edib, onlara qarşıdan gələn xüsusi gün münasibətilə xoş arzularını çatdırıblar.

Könüllülərin bu sosial təşəbbüsü xanımlar tərəfindən olduqca böyük maraq və rəğbətlə qarşılanıb. Onlar könüllülərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Son xəbərlər

Orphus sistemi