Bakı Nəqliyyat Agentliyi ilin əvvəlindən 100 dayanacaq quraşdırıb

Bakı Nəqliyyat Agentliyi ilin əvvəlindən 100 dayanacaq quraşdırıb Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb.
İnfrastruktur
31 İyul , 2019 12:54
Bakı Nəqliyyat Agentliyi ilin əvvəlindən 100 dayanacaq quraşdırıb

Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub: “Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi