BNA: "Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırılıb"

BNA: "Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırılıb" Bakı şəhəri, Nərimanov rayonunda baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub.
İnfrastruktur
16 Oktyabr , 2021 10:24
BNA: Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırılıb

Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzinin ətrafındakı ticarət obyektlərində baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yanğın səbəbilə daha öncə F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi