BNA: "45 avtobus gecikmə ilə hərəkət edir"

BNA: "45 avtobus gecikmə ilə hərəkət edir" Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 19 müntəzəm marşrut xətti üzrə 45 avtobusun hərəkət intervalında gecikmələr var.
İnfrastruktur
27 İyul , 2022 08:56
BNA: 45 avtobus gecikmə ilə hərəkət edir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 19 müntəzəm marşrut xətti üzrə 45 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi