Bakıda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir

Bakıda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir Hazırda Bakının Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzə
İnfrastruktur
29 İyun , 2022 18:51
Bakıda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir

Hazırda paytaxt yollarında müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 43 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında 15 dəqiqəyə yaxın gecikmələr var.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən hazırda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir.

Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-15 dəqiqəyə yaxın müşahidə olunur.

Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 12-14 dəqiqə gecikmə var.

Moskva prospektində Avtovağzal istiqamətində (Şamaxinka) 2,7A,13,14,18,29,37,59,65,83,96,114A,114B,119 bə 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə müşahidə olunur.

Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 14-16 dəqiqə gecikmə ilə hərəkət edir. (Avtobus zolağı olmasına baxmayaraq, zolaq öz tələbinə riayət olunmur).

Azadlıq prospekti Baksol küçəsi ilə kəsişmədən Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-14 dəqiqə gecikmə müşahidə olunur.

Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 15-17 dəqiqə gecikir.

Heydər Əliyev prospektində kənar yol Heydər Əliyev mərkəzi istiqamətində 1, 2, 13, 38 və M3 nömrəli müntəzəm və ekspress marşrut xətlərindəki avtobuslararası intervallar 11-12 dəqiqə gecikir.

15:51

Hazırda Bakının Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar gecikmə ilə hərəkət edir.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Vahid Dispetçer Xidmətinin məlumatına görə bu dəqiqələrdə qeyd olunan ümumilikdə 14 marşrut xətti üzrə 25 ədəd avtobusun hərəkət intervalında 16-20 dəqiqə lənginmə var.

Son xəbərlər

Orphus sistemi