BMT Azərbaycanın narkotiklərlə mübarizədə nailiyyətlərini yüksək qiymətləndirir

BMT Azərbaycanın narkotiklərlə mübarizədə nailiyyətlərini yüksək qiymətləndirir ​​​​​​​Bu gün Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramının nümayəndəsi ilə görüş keçirilib
İnfrastruktur
1 İyun , 2021 16:07
BMT Azərbaycanın narkotiklərlə mübarizədə nailiyyətlərini yüksək qiymətləndirir

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramının nümayəndəsi ilə görüş keçirilib.

“Report”un Komitəyə istinadən verdiyi məlumata görə, görüşdə DGK sədrinin müavini Əsgər Abdullayev, Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın Qara dəniz regionu və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Naida Çamilova iştirak ediblər.

Ə. Abdullayev Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində beynəlxalq və regional əməkdaşlıq məsələlərindən danışıb, Proqram çərçivəsində həyata keçirilən təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Ə.Abdullayev Azərbaycan gömrüyünün qaçaqmalçılıq və narkotiklərlə mübarizə istiqamətində beynəlxalq əməkdaşlığa önəm verdiyini, bu sahədə səmərəli və işgüzar təşəbbüsləri hər zaman dəstəklədiyini diqqətə çatdırıb.

N. Çamilova DGK ilə səmərəli və faydalı əməkdaşlıqdan bəhs edib, son illər Azərbaycan gömrükçülərinin narkotiklərlə mübarizə istiqamətində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə, eyni zamanda Proqram çərçivəsində əməkdaşlıq, limanlardakı nəzarət məntəqələri ilə bağlı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi