Bakı. 21 noyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də bu ilin doqquz ayının istehsalat-təsərrüfat fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov bildirib ki, bu ilin yanvar-sentyabr aylarında regionlarda yaşayan əhaliyə göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan layihələrin icrası uğurla davam etdirilib. Mingəçevir və Astara şəhərlərində içməli su şəbəkələrinin, Xaçmaz, Xızı və Lerik şəhərlərində isə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Prezident
Qeyd olunub ki, bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığını təmin etmək məqsədilə dövlət başçısı Mingəçevir, Tovuz, Ağstafa, Şirvan və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Bununla yanaşı, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 22 rayonun 41 kəndində içməli su layihələri icra olunur.
İlin ötən dövründə bu sahədə işlər sürətlə davam etdirilib, kənd layihələri çərçivəsində ümumilikdə 305 kilometr uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. Hesabat dövründə, həmçinin Nazirlər Kabinetinin qərarına əsasən,
Sonra “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Vəfa Qəyyumov, “Gəncə Sukanal” TSC-nin direktoru Natiq Əhmədov, Tovuz Sukanal İdarəsinin rəisi
İclasın sonunda regionlarda yaşayan əhaliyə göstərilən içməli su təminatı və tullantı sularının axıdılması xidmətlərinin daha da yaxşılaşdırılması, suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi, ödəniş səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verilib.