Samur çayının ehtiyatlarının bölgüsü üzrə Birgə Komissiyanın növbəti görüşü keçirilib

Samur çayının ehtiyatlarının bölgüsü üzrə Birgə Komissiyanın növbəti görüşü keçirilib
İnfrastruktur
96
30 İyun , 2020 09:13
Samur çayının ehtiyatlarının bölgüsü üzrə Birgə Komissiyanın növbəti görüşü keçirilib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 18-ci görüşü keçirilib. 

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüş koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar videokonfrans şəklində baş tutub. 

Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun şöbə müdirləri Əjdər CavadovElxan Hüseyinov, eləcə də komissiyanın üzvləri - Xarici İşlər Nazirliyinin nümayəndəsi Anar Hüseynzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Faiq Vəliyev iştirak ediblər.

Görüşdə iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının texniki vəziyyətinin növbəti müayinəsi və digər məsələlərə baxılıb.