Bir sıra dövlət qurumları Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulub

Bir sıra dövlət qurumları Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulub İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair hesabat nəzərdən keçirilib.
İnfrastruktur
1 Oktyabr , 2021 13:46
Bir sıra dövlət qurumları Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair hesabat nəzərdən keçirilib.

“Report” xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında baş tutub.

İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının əksəriyyətinin sistemə tam olaraq qoşulduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi