Binəqədi şossesinin təmirinə başlanılır

Binəqədi şossesinin təmirinə başlanılır Hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumların apardığı işlər yekunlaşmaq üzrədir
İnfrastruktur
514
9 Oktyabr , 2017 16:36
Binəqədi şossesinin təmirinə başlanılır
Azeravtoyol.gov.az

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC yaxın günlərdə Binəqədi şossesinin əsaslı təmirinə start verəcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumların apardığı işlər yekunlaşmaq üzrədir.

Binəqədi şossesində yenidən qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şosse boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.

Hal-hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədi ilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.

Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” yolun əsaslı təmirinə başlayacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə tam müasir yol infrastrukturu yaradılacaq.

Son xəbərlər

Orphus sistemi