​Binəqədi qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İnfrastruktur
  • 28 mart, 2016
  • 13:41
​Binəqədi qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 28 mart. REPORT.AZ/ Martın 29-da Ceyranbatan-Binəqədi magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Binəqədi qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.