Biləsuvarda suvarma kanalına beton üzlük çəkilməsinə başlanılıb

İnfrastruktur
  • 11 oktyabr, 2022
  • 10:28
Biləsuvarda suvarma kanalına beton üzlük çəkilməsinə başlanılıb

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Biləsuvar rayonundakı suvarma kanalına beton üzlük çəkilməsinə başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bir çox strateji suvarma kanallarında su itkisini minimuma endirmək üçün kanallara beton üzlüklər çəkilir.

İlk olaraq rayonun Əsgərabad kəndinin ərazisindən keçərək əkin sahələrini suvarma suyu ilə təmin edən “R-1” adlanan kanalında beton üzlüyün çəkilməsinə başlanılıb.

Təmir və quraşdırma fəaliyyətilə məşğul olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsinin apardığı işlər nəticəsində Biləsuvar rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş "R-1" adlanan suvarma kanalı əvvəlcə lildən təmizlənir, hər iki sahili hamarlanaraq bərkitmə işləri görülür. Hazırda kanalın sağ və sol sahilinə beton üzlük çəkilir.

Uzun illər istismar olunan kanala beton üzlüyün çəkilməsi nəticəsində su itkisinin qarşısı 25 faiz alınacaqdır. 5 km uzunluğunda olan kanalda işlər illər üzrə davam etdiriləcəkdir. Bu ilin sonuna kimi ilkin mərhələdə 600 metr məsafənin beton üzlüyə alınması nəzərdə tutulub.

44 - Tezliklə