Biləsuvarda Heydər Əliyev prospektinin bəzi hissələrində olan səki problemi həll olunub

İnfrastruktur
  • 18 aprel, 2023
  • 06:10
Biləsuvarda Heydər Əliyev prospektinin bəzi hissələrində olan səki problemi həll olunub

Biləsuvar rayonunda Heydər Əliyev prospektinin bəzi hissələrində mövcud olan səki problemi aradan qaldırılıb.

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, prospektdə yol boyu inşa edilmiş yararsız səkilər bərpa olunub.

Belə ki, səkilərin üzərində sınmış bəzi daş örtükləri yeniləri ilə əvəzlənib. Bununla yanaşı prospekt boyunca indiyədək təmir olunmayan torpaq qatlı yol kənarları da asfalt örtüklə üzlənib.

Səkilərin kənarında qəzalı vəziyyətə düşən istinad divarları isə sökülüb.

Qeyd edək ki, rayon sakinləri bir müddət əvvəl ərazidəki problemlə bağlı "Report"a müraciət edib və səkilərin yararsız, istinad divarlarlarının isə qəzalı vəziyyətdə olduğunu söyləyiblər. Bunun da piyadaların hərəkətində müəyyən çətinliklər yaratdığı qeyd edilib.