Biləcəri Dəmiryolu Stansiyasında təmir başa çatıb

İnfrastruktur
  • 07 sentyabr, 2016
  • 11:14
Biləcəri Dəmiryolu Stansiyasında təmir başa çatıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Yenidənqurma işləri aparılan Biləcəri Dəmiryolu Stansiyasında təmir-tikinti işləri yekunlaşıb. Stansiyanın istismara verilməsi barədə əvvəlcədən məlumat veriləcək." 

"Report"un məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Biləcəri Dəmiryolu Stansiyasında tariflər məsələsi həll edilməli, həmçinin zəruri texniki avadanlıq, habelə əlavə 2 qatar alınmalı idi. Təmir işləri indi başa çatıb", - deyə C.Qurbanov vurğulayıb.

Qeyd edək ki, stansiyada təmir-bərpa işlərinə ötən ildən başlanılsa da, bu proses müvəqqəti olaraq dayandırılmışdı. 

44 filmi