Biləcəri və Xırdalan elektrik qatarı stansiyalarının görüntüləri yayılıb

İnfrastruktur
  • 15 noyabr, 2016
  • 10:48
Biləcəri və Xırdalan elektrik qatarı stansiyalarının görüntüləri yayılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarları noyabrın 19-dan etibarən Biləcəri və Xırdalan stansiyalarında da dayanacaq. 

Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib: "Bununla bağlı hazırlıq işləri artıq başa çatmaq üzrədir". 

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.

Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.