Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri aparılıb

Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri aparılıb Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri aparılıb.
İnfrastruktur
6 May , 2019 17:11
Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri aparılıb

Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri aparılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolu Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Bu layihəyə uyğun olaraq, Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb.

Məlumata görə, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib, 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.

Son xəbərlər

Orphus sistemi